Search Hashtag & User

#xeyanet Instagram Story & Photos & Videos

Latest #xeyanet Posts

  • (@zanbaqgulu) Instagram Profile @zanbaqgulu
  • Bölümlərlə povest gəlir! "XƏYANƏT QOXUSU" - FİRUZƏ ÇİÇƏK

    1-Cİ BÖLÜM * * *

    İblis nədir? Cümlə xəyanətlərə bais,
    Ya hər kəsə xain olan insan nədir? - İblis!

    Hüseyn Cavid

    Buradan getdiyi cəmi bir il idi. Amma nə böyük dəyişiklik yaranmışdı. Gözəl qoyub getdiyi şəhər bir az da gözəlləşmişdi. Cəmi bir ilin içərisində onlarla bina, obyektlər artmışdı. Hələ təzə park, yaşıllıqlar... Bu dəyişiklikləri hiss etsə də, fikri dağınıq idi. Görəsən Aytac haqqında deyilənlər doğrudur? Görəsən?... Yox! Heç cür inanmaq istəmirdi. Aytac heç vaxt belə hərəkət edə bilməz. Axı onlar bir-birini sevirlər, işləri qaydaya salandan sonra nişanlanacaqlar. Sonra da toy edəcəklər. Anasının arzuladığı kimi - evə duvaqlı gəlin gətirəcək Aytacı. Hələ fikirləşir ki, toydan sonra imkan tapıb istirahət də götürər. Aytacaarzusunda olduğu İstanbul şəhərini gəzdirmək, oraları göstərmək üçün.

    İlk dəfə universitetin qarşısından keçəndə görmüşdü onu. Dərsdən çıxan qız arxasınca gələn avaralardan narahat olub tələsik yolu keçəndə, az qalmışdı maşınla vursun onu. Onda Aytacın təşvişlə baxan qəşəng, mavi gözlərini görəndə çaşıb qalmışdı. Sonra da qızın sadəliklə üzr istəməsi onu valeh etmişdi. Hərdən elə olur ki, tanımadığımız, heç vaxt görmədiyimiz bir insana sadəcə bir kəlmədən belə vurula, heyran ola bilirik. Çox qəribədir bu həyat... O zaman Aytacın bir kəlməsinə, bir sözünə vurulmuşdu. Və bu heyranlığı tamamlayan gözəlliyinə... Sonralar özü də bilmədən dəfələrlə yolunu buradan salmışdı. Bax beləcə başlanmışdı hər şey... Aytacı dünyalarca sevirdi. Valideynlərini elçiliyə göndərib razılıq da almışdı. Nişan olmamışdısa da, razılıq əlaməti olaraq bir üzük taxmışdılar.

    Bircə gün səsini eşitməyəndə ürəyi rahatlıq tapmırdı. Boş vaxt tapanda isə günlərini sevimli Xəzərin qumlu sahillərində keçirirdilər daha çox. Hərdən dəqiqələrlə dayanıb mavi səmaya, mavi dənizə və Aytacın dəniz kimi, səma kimi mavi gözlərinə baxırdı. O isə sadə bir şıltaqlıqla gülüb baxışını yayındırırdı. Kiminsə ona diqqətlə baxmasından sıxılırdı. ⒸFiruzə Çiçək

    ARDI YORUMLARDA....⤵️ #hekaye #povest #kitab #eser #yazar #xeyanet #azeriyazar #aztagram #firuz əçiçək

ARDI YORUMLARDA....⤵️ #hekaye #povest #kitab #eser #yazar #xeyanet #azeriyazar #aztagram #firuzəçiçək
  •  30  8 22 hours ago
  • (@ilar_137766) Instagram Profile @ilar_137766
  • اصل شیخ اینجوریه بقیه اش سوسول بازیه
    #آهنگ #مولاژ_لباس #آخوند_فاسد #کلیپ #جدید #تورکی #ترکیه #رقص #دختر #پسر #ویدیو #شارکی #غم #شاد #تووزلو # #Sarki #tabriz # tehran #shiraz #Ardabil #Zanja #Urmia #urum #رقص #دخترونه #خیانت #غمگین #xeyanet #qem #کلیپ_تورکی #بالیم🍯🍯🍯🍯🍯😂😂😂😂👍👍👍👍
    @masomeh_abazari95
  • اصل شیخ اینجوریه بقیه اش سوسول بازیه
#آهنگ #مولاژ_لباس #آخوند_فاسد #کلیپ #جدید #تورکی #ترکیه #رقص #دختر #پسر #ویدیو #شارکی #غم #شاد #تووزلو # #Sarki #tabriz# tehran #shiraz #Ardabil #Zanja #Urmia #urum #رقص #دخترونه #خیانت #غمگین #xeyanet #qem #کلیپ_تورکی #بالیم🍯🍯🍯🍯🍯😂😂😂😂👍👍👍👍
@masomeh_abazari95
  •  77  7 23 hours ago